Şrift:
Türkiyənin məşhur mövləvi şairinin əsəri çap edilib
30.12.2016 [11:57] - Köşə yazarları, Kitab evi
XVII əsrdə Türkiyədə mövləvi təriqətinin aparıcı nümayəndələrindən olmuş, istedadlı şair Dərviş Osman Sinəçakın “Gülşəni-ürfan” əsəri “Ekoprint” nəşriyyatında çapdan çıxıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, əsər bu elm müəssisəsinin elmi şurasının qərarı ilə nəşr olunub.

Nəsr və nəzmlə növbələnən əsəri Əlyazmalar İnstitutunun əməkdaşı Sona Xəyal transfonoliterasiya edərək nəşrə hazırlayıb. O, kitaba yazdığı “Ön söz”də əsərin dil və üslub xüsusiyyətlərini olduğu kimi saxladığını və hətta bəzi sözlərin ikişəkilliyini də nəzərə aldığını bildirib.
Bu xəbər oxucular tərəfindən 499 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed