Şrift:
Fərəc Quliyev Əliyar Səfərlinin vəfatı ilə bağlı başsağlığı verib
05.01.2017 [11:56] - Gündəm, MDH
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Azərbaycanın İrandakı keçmiş səfiri, professor Əliyar Səfərlinin vəfatı ilə bağlı başsağlığı verib. Başsağlığında deyilir:
“AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əliyar Səfərli Azərbaycan elminə, ədəbiyyatına və dilçiliyinə töhvələr vermiş bir alim idi. O, öz elmi və ədəbi yaradıcılığı ilə yanaşı həm də bir sıra unudulmuş ədəbi abidələri aşkara çıxarıb nəşr etdirib cəmiyyətə və gələcək nəsillərə təqdim edən böyük bir araşdırmaçı idi. Uzun illər Azərbaycan Təhsil Nazirliyində "Ədəbiyyatşünaslıq" bölməsinin rəhbəri olmuş, Əliyar Səfərli orta və ali məktəblər üçün dərslik, dərs vəsaiti və proqramlarının milli ruhda hazırlanmasında bilavasitə rolu olmuşdur.
Bundan əlavə, Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri kimi çalışmış Əliyar Səfərli milli maraqlar naminə mübariz bir diplomat kimi tanınmışdır. O, ictimai-siyasi fəaliyyəti ilə Bütöv Azərbaycançı və milli məfkurənin simalardan biri kimi tarixə düşmüşdür.
Belə bir ziyalının dünyasını dəyişməsi millətin itkisidir. Bu səbəbdən şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından bildirirəm ki, Əliyar Səfərlinin vəfatı bizi dərindən sarsıtdı.
Allahdan mərhuma dərin hüznlə rəhmət, bütün yaxınlarına və onu sevənlərə səbr diləyirik.”
Bu xəbər oxucular tərəfindən 455 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed