Şrift:
Bakıda yeni çökmə hadisəsi baş verib
02.04.2012 [11:55] - Gündəm, Hadisə
Bakının Suraxanı rayonu Zığ qəsəbəsində yeni çökmə hadisəsi qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev deyib ki, hadisə qəsəbənin Həzi Aslanov küçəsi, 76 ünvanda baş verib. Əraziyə baxış keçirilərkən çökmənin qrunt sularının həddindən artıq qalxması nəticəsində baş verdiyi məlum olub.
Niftiyev bildirib ki, həmin ərazidə hələlik çökmə prosesləri baş verir. Ancaq proseslər hazırkı sürətlə inkişaf edərsə, uçqun yaranması da qaçılmazdır.
"Ərazidəki evlərdə ciddi fəsadlar yaranıb. 4 evə baxış keçirilib, həmin evlərdə çox ciddi fəsadlar yaranıb, evlərin divarlarına, konstruktiv elementlərinə ziyan dəyib. Həmin ərazidə kanalizasiya sistemi yoxdur, şambo sistemidir. Yamac boyu yuxarıda yerləşən evlərin şambolarından süzülən sular aşağıdakı evlərə böyük təsir göstərib", - baş mühəndis əlavə edib.
Bu xəbər oxucular tərəfindən 1195 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed