Şrift:
Macarıstanda “Azərbaycan macar gənclərinin gözü ilə” kitabı çapdan çıxıb
04.04.2012 [11:42] - Mədəniyyət
Macarıstanda “Azərbaycan macar gənclərinin gözü ilə” kitabı nəşr olunub. Bu barədə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib. Kitab xaricdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin 6-8 aprel tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək II Beynəlxalq forumu ərəfəsində Azərbaycanın bu ölkədəki səfirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşəbbüsü ilə hazırlanıb. Kitab Macarıstanın ali məktəb tələbələri arasında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibəti ilə keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm ?” adlı esse müsabiqəsinin materialları əsasında hazırlanıb. Gənclər və idman naziri Azad Rəhimov və Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev kitaba ön söz yazıblar.
Kitabda 30-a yaxın elmi məqalə və esse toplanıb. Əsasən ingilis, qismən də rus və türk dillərində qələmə alınmış araşdırmalarda gənc macar tədqiqatçıları Azərbaycanın qədim tarixi, mədəniyyəti, ədəbiyyatımızın ayrı-ayrı görkəmli simaları, ölkəmizin təbii sərvətləri və neft siyasəti, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-macar əlaqələri, Avropa dəyərləri və qurumları ilə inteqrasiya haqqında öz həmvətənlərində və həmyaşıdlarında mümkün qədər geniş, obyektiv təsəvvür yaratmağa çalışıblar. Esse müsabiqəsinin 5 nəfər qalibi bu ilin iyun ayında Gənclər və İdman Nazirliyinin dəvəti ilə bir həftə müddətində Azərbaycanda olacaq, ölkə haqqında bilik və təsəvvürlərini daha da dərinləşdirəcəklər
Bu xəbər oxucular tərəfindən 1250 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed