Şrift:
Donald Tramp NATO-nu köhnəlmiş təşkilat adlandırıb
16.01.2017 [11:04] - Siyasət
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp NATO-nu köhnəlmiş təşkilat adlandırıb.

D.Tramp bu barədə Almaniyanın “Bild” və Böyük Britaniyanın “Times” qəzetlərinə verdiyi müsahibədə deyib.

“Dəfələrlə demişəm, NATO-da problemlər mövcuddur. NATO köhnəlmiş təşkilatdır. Eyni zamanda Alyansa üzv olan ölkələrin əksəriyyəti hərbi xərclərini artırmayaraq bütün yükü Amerikanın üzərinə qoyur”, deyə D.Tramp bildirib.

O, həmçinin Rusiya və ABŞ arasında nüvə silahlarının azaldılması üzrə yeni müqavilənin imzalanmasının tərəfdarı olduğunu, bunun müqabilində Rusiyaya qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasının mümkünlüyünü vurğulayıb.
Sosia
Bu xəbər oxucular tərəfindən 388 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed