Şrift:
Kazanda “Enerji resurslarının səmərəliliyi və enerjiyə qənaət “ mövzusunda XVII Beynəlxalq simpozium keçiriləcək
19.01.2017 [11:43] - İqtisadiyyat
Martın 14-16-da Kazanda “Enerji resurslarının səmərəliliyi və enerjiyə qənaət” mövzusunda XVII Beynəlxalq simpozium və “Energetika. Resurslara qənaət” adlı XVIII Beynəlxalq ixtisaslaşdırılmış sərgi keçiriləcək.

Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəliyindən bildiriblər ki, tədbirə yanacaq-energetika kompleksi, sənaye, mənzil-kommunal təsərrüfatı və iqtisadiyyatın enerji tutumlu sahələrində işləyən müəssisələrin nümayəndələri dəvət edilir.

Simpoziumun və sərginin proqram tədbirləri ekspertlər birliyi tərəfindən tanınır və hər il özünün yüksək statusunu təsdiq edir. Bu tədbirlər enerji baxımından səmərəli müasir texnologiyaların nümayiş etdirildiyi, enerji səmərəliliyinin aktual məsələlərinin və enerjiyə qənaətin innovativ metodlarının müzakirə olunduğu əsas məkanlardan biridir.

Sərginin və simpoziumun təşkilatçıları Tatarıstan Respublikasının Sənaye və Ticarət Nazirliyi, Kazan Şəhər İcraiyyə Komitəsi, “Tatarıstan Respublikası Nazirlər Kabineti yanında Tatarıstan Respublikasının Enerjiyə Qənaət edən Texnologiyalar Mərkəzi” Dövlət Avtonom Müəssisəsi, Tatarıstan Respublikası Prezidenti Rüstəm Minnixanovun dəstəyi ilə “Kazan yarmarkası” Açıq Səhmdar Cəmiyyəti və Tatarıstan Respublikası Hökumətidir.

Əlavə informasiya və tədbirlər proqramı ilə http://cet.tatarstan.ru/rus/symposium2017.htm internet ünvanında və “Kazan yarmarkası” Sərgi Mərkəzinin saytında http://www.expoenergo.ru/rus/ tanış ola bilərsiniz.
Bu xəbər oxucular tərəfindən 540 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed