Şrift:
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Azərbaycan yığması son oyununu keçirib
21.01.2017 [11:05] - Gündəm, İdman
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirib.
Təbriz Həsənovun rəhbərlik etdiyi komanda 9-cu yer uğrunda görüşdə Belarus yığması ilə üz-üzə gəlib.
Azərbaycan yığması bu pillə uğrunda mübarizə aparmaq üçün ilk olaraq İrana 1:0, ardınca Estoniyaya 3:0 hesabı ilə qalib gəlib. Millimiz həlledici matçda penaltilər seriyasında üstün olub. Uzatma dəqiqələrində vurduğu bərabərlik qolu ilə mübarizənin taleyini oyunsonrası 11 metrlik cərimə zərbələrinə saxlayan U-19 yığmamız 5:4 hesabı ilə qələbə qazanıb və turniri 9-cu pillədə bitirib.
Valentin Qranatkin turniri, 9-cu yer uğrunda görüş
20:00. Belarus - Azərbaycan - 1:1 (oyunsonrası penaltilərlə - 4:5)
Qollar: Nikita Bılinkin, 76 - Rafael Məhərrəmli, 90+3
Belarus: 12. Belov Maksim 4.Pilipovets Andrey (K) 5. Betenya Nikita 18. Bılinkin Nikita 20. Malkeviç Vladislav 3. Svirepa Aleksandr 9. Lapun Yeqor 16. Volkov Sergey 21. Sen Ilya 22. Şevçenko Qleb 19. Xlebosolov Miroslav
Ehtiyat oyunçular:1.Lazovskiy Nikita 6. Starostsin Vladimir 14. Cugir İlya 8.Sadovski Pavel 13. Alşanik Andrey 15. Ksenafontov Aleksandr 7. Kapov Krasimir
Baş məşqçi: Roman Kirenkin
Azərbaycan: 12.İbrahimov Kamran 2.Güler Metin 3.Qarayev Ricat 13. Həsənov Yusif 14.Seylığlı Hüseyin 7.Nəbiyev Fərid (K) 8.Əhmədov Süleyman 10.Mehdiyev Pilağa 11.Ekincier Barış 20.Həziyev Bahadur 19.Əliyev İbrahim
Ehtiyat oyunçular:1.Popov Murad 4.Karakaş İsmail 5.Daşdəmirov Rəhman 17.Qayalı Murad 6.Qədirzadə İbrahim 15.Muxtarlı Ceyhun 16.Sadıxov Əli 18.Məhərrəmli Rafael 9.Öksüz Doğukan
Baş məşqçi: Təbriz Həsənov
Sankt-Peterburq. Peterburski İdman-Konsert Kompleksi
Qeyd edək ki, Azərbaycan yığması çıxış etdiyi C qrupunun sonuncusu olub. Litvaya 1:2, Slovakiyaya isə 0:1 hesabı ilə məğlub olan komanda Qazaxıstanla sülh bağlayıb - 2:2. 9 - 16-cı yerlər uğrunda mübarizədə isə yığma İrana 1:0 hesabı ilə qalib gəlib.
Bu xəbər oxucular tərəfindən 610 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed