Şrift:
Qoşaçayda bələdiyyə işçiləri etiraz aksiyası keçirib
21.01.2017 [11:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Qoşaçay şəhərində bələdiyyə işçiləri maaşlarının 5 ay gecikdirilməsinə görə etiraz aksiyası keçiriblər.

İşçilər yanvarın 18-də “maaşlarının gecikdirilməsi” və “onlar üçün nəzərdə tutulan torpaq sahəsinin qeyri-müəyyən vəziyyətdə qalması”na etiraz olaraq Bələdiyyə İdarəsinin qarşısına toplaşıblar.

Etirazçıların nümayəndəsi kimi çıxış edən Fərdin Abbaspur məsələ ilə bağlı bu sözləri deyib: “Bu işçilər gündəlik çörək pullarını belə kredit və dövlətdən aldıqları sosial yardım hesabına təmin edirlər. Onların əksəriyyəti ağır borc altındadır və sığorta haqları ödənilmədiyinə görə xəstəxanaya müraciət etməkdə də problem yaşayırlar. Şəhər Şurasının maaşların ödəniləcəyi ilə bağlı verdiyi vədlər də yerinə yetirilmədi, əslində şəhərdəki mövcud problemlərin bir çoxu Şəhər Şurası ilə bağlıdır”- deyə o bildirib.

Qoşaçay Şəhər Şurasının rəisi isə etirazçıların toplaşdığı yerə gələrək onlara yenidən vəd verib. “Şura, bu yığıncaqdan öncə də maaşların ödənilməsi məsələsi ilə məşğul olub. Biz ötən iclaslarımızda məsələ ilə bağlı müzakirələr aparmışıq və bu istiqamətdə müəyyən işlər də görülüb, bu məsələ ən qısa zamanda öz həllini tapacaq”- deyə İskəndər Səccadi vurğulayıb.

Məlumata görə, verilən vədərdən sonra etirazçılar öz iş yerlərinə qayıdıb və Bələdiyyə İdarəsi gündəlik işini davam etdirib.
Bu xəbər oxucular tərəfindən 611 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed