Şrift:
Rusiyada qripə görə 911 məktəb və 108 uşaq bağçası bağlanıb
24.01.2017 [11:26] - Sağlıq
Rusiyada qrip və kəskin respirator virus infeksiyası (KRVİ) səbəbindən 108 uşaq bağçası, 911 məktəb və 57 kollec bağlanıb.
Bu barədə Rusiyanın İnsan Rifahı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Sahəsində Nəzarət üzrə Federal Xidmətinin ("Rospotrebnadzor") rəhbəri Anna Popovaya istinadən RİA "Novosti" məlumat yayıb.
Onun sözlərinə görə, qrip və KRVİ-nin əhatə etdiyi regionların sayı həftə ərzində ¼ dəfə aşağı düşüb və 38-ə bərabər olub.
Bu xəbər oxucular tərəfindən 593 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed