Şrift:
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İranla bağlı yeni hesabatı açıqlanıb
07.04.2012 [11:36] - Siyasət
Məlumata görə, MKİ-nin direktoru Ceyms Klapper tərəfindən ABŞ Konqresinə təqdim edilən hesabat “Kütləvi qırğın silahları və hərbi texnologiyaların (teknoloji) satın alınması” adlanır.

Sənəddə bildirilir ki, İran 2011-ci ildə nüvə proqramını inkişaf etdirməyi davam etdirib: “2011-ci il noyabrın (November) əvvəllərinə qədər İran 4900 kiloqram az zənginləşdirilmiş uran əldə edib. Əvvəlki ilin eyni dövründə isə bu rəqəm 3200 kiloqram olub. 4150 kiloqram uran 3,5%-ə qədər zənginləşdirilərkən, 80 kiloqram uran 20%-ə qədər zənginləşdirilib. Ancaq İranın əlindəki uran hələlik nüvə silahı edilə biləcək qədər zənginləşdirilməyib”. Hesabatda qeyd olunur ki, İran Qumdakı “Fordo” yeraltı nüvə obyektlərində (təsisat) yeni sentrifuqalar quraşdırıb.

Sənəddə həmçinin 2011-ci ildə İran rəhbərliyinin nüvə fəaliyyətlərində bəzi maneələrlə qarşılaşdığı vurğulansa da, ancaq bu maneələrin nədən ibarət olduğu açıqlanmayıb. Sadəcə nüvə reaktorlarında yanacaq olaraq istifadə edilən “sarı keks”in az qala tükəndiyi məlumatına yer verilib. Hesabatda İranın raket texnologiyasını sürətlə inkişaf etdirdiyi və bu texnologiyanın xaricdən asılı olduğu bildirilir: “İran raket sistemlərini inkişaf etdirmək üçün Rusiya, Çin və Şimali Koreyadan bəzi detalları alır”.
Bu xəbər oxucular tərəfindən 1102 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed