Şrift:
Abdullah Gül: “İran ətrafında yaranmış gərginlik qarşıdurmaya çevrilə bilər”
07.04.2012 [12:07] - Xəbərlər
Abdullah Gülün sözlərinə görə Türkiyənin ətrafında böyük risklər və təhdidlər mövcuddur.İranın nüvə proqramı ətrafında yaranmış gərginlik qarşıdurmaya çevrilə bilər. Bunu Türkiyənin prezidenti Abdullah Gül bildirib.Abdullah Gülün sözlərinə görə Türkiyənin ətrafında böyük risklər və təhdidlər mövcuddur. «Yaxın qonşularımızda qeyri-sabit vəziyyət höküm sürür. Belə bir vəziyyətdə Türkiyənin prosesləri uzaqdan izləməsi mümkün deyil. Biz bir tərəfdən hər cür stiuasiyaya (vəziyyət) hazır olmalı, hər hansı fəlakətin qarşısını almaq üçün diplomatiyanın bütün imkanlarından yaralanmalıyıq. Bu cür şəraitdə Türkiyə üçün diplomatik aktivlik və hərbi hazırlıq bir seçim deyil, məcburiyyətdən doğan amildir»- deyə Abdullah Gül bildirib.
Bu xəbər oxucular tərəfindən 1039 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed