Şrift:
Yəhudi səfir aviabaza məsələsindən danışdı
07.04.2012 [17:58] - Siyasət
“O, informasiya və ya dezinformasiya ola bilər”

İsrailin Azərbaycandakı səfiri Mixael Lavon-Lotem müsahibəsində “Foreign Policy” jurnalında İsrailin Azərbaycanda İrana qarşı istifadə etmək üçün aviabaza alması ilə bağlı yazılanlara münasibət bildirib. Səfir bildirib ki, İran ilə beynəlxalq birliyin bu mübarizəsində hər kəs, demək olar ki, bütün mümkün yollardan istifadə edir.

İsrail səfiri, bu məsələdə medianın da bir alət olduğunu deyib: “Mən İrandan çıxan başqa məlumatlar haqda fikirləşirəm. Bu məsələdə kim nəyi arzu edirsə onu da yazır. O, informasiya və ya dezinformasiya ola bilər. Mən fikirləşmirəm ki, biz yazılan hər məqama ciddi müraciət etməliyik. Hər dəfə kimsə nəyisə yazacaq və bu bizim bu məqalələri analiz etməyimiz bir yol deyil. Mediada bütün informasiya doğru ola bilməz və heç kəs güman etmir ki, Azərbaycan İran ilə konfliktə girər”.
Səfir ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlanılmasını arzu etməməsi ilə bağlı sualı da cavablandırıb: “ABŞ demədi ki, İrana qarşı silahlı qüvvədən istifadə etmək istəmir. ABŞ dedi ki, bütün seçimlər masadadır. Ancaq hələlik daha çox ciddi sanksiyalar qoyulmalıdır. Ancaq bütün bunlar hərbi seçimi istisna etmir”.
Bu xəbər oxucular tərəfindən 1215 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed