Şrift:
Dərbənd şəhərinin tarixi ilə bağlı konfrans keçiriləcək
09.04.2012 [11:16] - Dərbənd
“Dərbənd şəhərinin tarixi: Azərbaycan və Dağıstan xalqlarının qardaşlıq və dostluq əlaqələrinin parlaq səhifələri” adlı elmi konfrans keçiriləcək.

Bu barədə Türkiyədən Karabük Üniversitetinin müəllimi, Dr. Ələsgər Ələsgərli bildirib.

“2012-ci il aprel ayının 26-27-də Azərbaycan Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə “Dərbənd şəhərinin tarixi: Azərbaycan və Dağıstan xalqlarının qardaşlıq və dostluq əlaqələrinin parlaq səhifələri” mövzusunda elmi konfransa keçiriləcək.

İndiki zamanda belə tədbirlərin keçirilməsi vacibdir və Azərbaycan və Dağıstan xalqlarının qədim tarixi əlaqələr bir-birinə bağlayır. Konfrasda bir çox alimlərin məruzələri dinləniləcək və mən özüm isə “XX əsrin əvvəllərində kimlik mübarizəsinin güclənməsi işığında Dərbənd mühiti” ilə bağlı məruzəm olacaq”-deyə, Ələsgər Ələsgərli qeyd edib.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1134 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed