Şrift:
Elektron Səhiyyə mərkəzinə iki il ərzində 61452 müraciət daxil olub
01.02.2017 [14:05] - Gündəm, Sağlıq
Fevralın 1-də Səhiyyə Nazirliyinin Elektron Səhiyyə mərkəzində mətbuat konfransı keçirilib.

Tədbirdə mərkəzin rəhbəri Nailə Daşdəmirova fəaliyyət göstərdiyi iki il ərzində xidmətə ümumilikdə 61452 vətəndaşın müraciət etdiyini bildirib. Bu müraciətlərin 43062-si (70 faiz) sorğu xarakterli, 8299-u (14 faiz) müalicə ilə əlaqədar olub. Bundan əlavə ötən müddət ərzində vətəndaşlardan yalnız 365 şikayət daxil olub. Bu şikayətlər müvafiq səhiyyə orqanları tərəfindən operativ araşdırılıb. Bəziləri əsassız sayılıb, digərləri ilə bağlı müvafiq tədbirlər görülüb. Əhaliyə göstərilən operativ, keyfiyyətli xidmətə görə 500 vətəndaş ES xidmətinə öz təşəkkürünü bildirilib.

Səhiyyə Nazirliyinin “9103-Qaynar xətt” xidməti haqqında məlumat verən N.Daşdəmirova qeyd edib ki, bura iki il ərzində cəmi 30576 müraciət daxil olub. Müraciətlərin 19008-i (62 faiz) sorğu xarakterlidir. Elektron Səhiyyə Mərkəzinin əsas məqsədi Qaynar xətt xidmətinin fəaliyyətini daha müasirləşdirərək “Asan xidmət” prinsipi ilə hər bir vətəndaşın müraciətinin yerində operativ həllidir.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elektron Səhiyyə mərkəzi Prezident İlham Əliyevin vətəndaşların müraciət, rəy, xahiş, təklif və şikayətlərinin operativ və asan həlli, habelə, korrupsiya hallarının qarşısının alınması sahəsində göstərişlərinin icrası məqsədilə xüsusi tapşırığı və bundan irəli gələn səhiyyə nazirinin imzaladığı əmr əsasında yaradılıb.
Bu xəbər oxucular tərəfindən 704 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed