Şrift:
İranın Qərblə növbəti nüvə danışıqlarının İstanbulda keçiriləcəyini yayıb
09.04.2012 [14:47] - Siyasət
Aprelin 8-də İranın “PressTV” kanalı ölkənin Ali Milli Təhlükəsizlik Şurasına istinadla İranın Qərblə növbəti nüvə danışıqlarının İstanbulda keçiriləcəyini yayıb.Həmin gün İran parlamentinin milli təhlükəsizlik komissiyasının üzvü Nasir Fəlahətpişə jurnalistlərə açıqlamasında nüvə danışıqlarının İstanbulda keçirilməsi haqda razılığa gəldiklərini təsdiqləyib.Aprelin 8-də Avropa Birliyinin xarici işlər naziri Ketrin Eştonun sözçüsü də jurnalistlərə açıqlamasında nüvə danışıqlarının İstanbulda keçiriləcəyini bildirib: “Biz İranın 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya) ilə nüvə danışıqlarının aprelin 14-də İstanbulda keçirilməsi haqda razılığa gəlmişik. Müzakirələrdə irəliləyiş olacağını ümid edirik”.İran Türkiyədə keçirilən “Suriyanın dostları” adlı konfransa etiraz olaraq Qərblə nüvə danışıqlarının İstanbulda yox, Dəməşq və ya Bağdadda keçirilməsini istəyirdi.
Bu xəbər oxucular tərəfindən 1215 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed