Şrift:
TARİXDƏ BU GÜN - 9 FEVRAL
11.02.2017 [09:13] - Xəbərlər, Qərbi Azərbaycan-İrəvan
1924–cü il. Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası yaranıb. Naxçıvanın muxtariyyəti ilk dəfə 1918-ci ilin noyabrında, ermənilərin bölgəyə hücumları zamanı elan olunmuşdu. Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti bölgəyə kömək etmək imkanında deyildi və Naxçıvanda Araz Türk Cümhuriyyəti elan edildi. Bolşeviklərin hakimiyyətə gəlməsindən sonra Türkiyənin dəstəyi ilə Naxçıvanın muxtariyyəti saxlanıldı. 1921-ci ilin Moskva və Qars müqavilələri bölgənin Azərbaycanın ayrılmaz hissəsi (Naxçıvan SSR) olduğunu təsbit etdi. 1923-cü ildə Naxçıvan Muxtar Diyarı adlanıb, 1924-cü il fevralın 9-da muxtar respublika (Naxçıvan MSSR) statusu alıb. 1990-cı il noyabrın 17-dən Naxçıvan Muxtar Respublikası adlanır. Sovetləşmədən sonra Naxçıvan ərazisinin bir qismi (o cümlədən Şərur-Dərələyəz bölgəsi) Ermənistana verilib. Hazırda Naxçıvan MR-in ərazisi (5,5 min kvadratkilometr) Naxçıvan şəhəri və 7 inzibati rayondan (Babək, Kəngərli, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur) ibarətdir.
Bu xəbər oxucular tərəfindən 1222 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed