Şrift:
Danimarkadakı azərbaycanlılar “Metro Xpress” qəzetinə etiraz məktubu ünvanlayıblar
12.04.2012 [11:52] - Diaspor
Danimarka Krallığında fəaliyyət göstərən “Vətən” Cəmiyyəti ölkədə böyük tirajla nəşr olunan “Metro Xpress” qəzetində Daglıq Qarabağa turist səfərlərinin təşkili və bu səfərlərin təbliği barədə məqaləyə etiraz əlaməti olaraq qəzetin rəhbərliyinə məktubla müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Davam.az-a verilən məlumata görə, Danimarka və ingilis dillərində göndərilmiş etiraz məktubunda Dağlıq Qarabağın Azərbaycan torpaqları olduğu, onun ermənilər tərəfindən işğal edildiyi qeyd edilib. Məktubda BMT Təhlükəsizlik Şurasının Ermənistandan Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsini tələb edən 4 qətnamənin qəbul edildiyi bildirilib, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə turist səfərləri təşkil edən ermənilərin bu hərəkətlərinin qanunsuz olduğu və bunun beynəlxalq hüquq və norlamala zidd olduğu vurğulanıb. “Vətən” Cəmiyyətinin Danimarkada yaşayan azərbaycanlıların adından göndərdiyi etiraz məktubunda “Metro Xpress” qəzetinin gələcəkdə bu cür səhvlərə yol verməyəcəyinə ümid ifadə olunub.
Bu xəbər oxucular tərəfindən 593 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed