Şrift:
Elçin Əzizov Böyük Teatrda "Traviata" operasında çıxış edəcək
18.02.2017 [09:30] - Gündəm, Afişa, Mədəniyyət
Mayın 9-dan 14-dək Rusiya Böyük Teatrında Cüzeppe Verdiyinin "Traviata" operası nümayiş etdiriləcək.

Teatrın saytı xəbər verir ki, mayın 10-da, 12-də və 14-də bu səhnə əsərində Jorj Jermonun partiyasını Azərbaycanın Əməkdar Artisti Elçin Əzizov ifa edəcək.

Elçin Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, Pyotr Çaykovskinin "İolanta" və "Qaratoxmaq qadın", Sergey Prokofyevin "Üç portağal sevgisi", N.A.Rimski-Korsakovun "Çar gəlini", Jorj Bizenin "Karmen", Modest Musorqskinin "Boris Qodunov", Cüzeppe Verdinin "Traviata", "Don Karlos", Aleksandr Borodinin "Knyaz İqor" operalarında, İohan Ştrausun "Yarasa" operettasında yaddaqalan obrazlar yaradıb.
Bu xəbər oxucular tərəfindən 1092 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed