Şrift:
İranda xalq ayağa qalxdı - Ordu ilə əhali arasında toqquşma
21.02.2017 [10:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Xuzistan əyalətində xalq ayaqa qalxıb.

Qum fırtınasından sonra elektrik və su nəqlində ciddi fasilələr yaranıb. Bu isə yerli əhalinin etirazına səbəb olub. Xalq meydanlara axışıb. Rəsmi Tehran bölgədə interneti qadağan edib və İran İslam İnqilabı Keşikçilərinin əsgərləri xalqa müdaxilə edib. Bu isə toqquşmaya səbəb olub.

Qum fırtınası səbəbindən ərazidə maska taxmadan küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib. Ağ ciyər çatışmazlığı və nəfəsalma probleminə görə bir çox sakin xəstəxanalara yerləşdirilib. 11 rayonda məktəblər və rəsmi dövlət idarələri tətilə buraxılıb.

Rejimi qorumaq üçün xalqa sərt müdaxilə etmək istəyən İnqilab Keşikçiləri toplaşan qrupu dağıtmaq istəsə də, yerli sakinlər tərəfindən döyülüb. Toqquşma zamanı bir nəfər nümayişçi həlak olub.
Bu xəbər oxucular tərəfindən 457 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed