Şrift:
Azərbaycan nümayəndə heyəti İrana səfərə gedir
21.02.2017 [14:25] - Gündəm
Sabah Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfərə gedəcək.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, səfər zamanı Azərbaycan və İran arasında müxtəlif sahələrdə mövcud əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılacaq. Eyni zamanda, bir sıra ikitərəfli görüşlər keçiriləcək, Ərdəbil və Urmiyada biznes forumları təşkil ediləcək.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti istehsal müəssisələrinin fəaliyyəti ilə də yaxından tanış olacaq.
Bu xəbər oxucular tərəfindən 517 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed