Şrift:
Davud bəy Şərifov haqqında kitab-albom nəşr olundu
22.02.2017 [10:33] - Kitab evi
Görkəmli alim Davud bəy Şərifov haqqında kitab-albom nəşr olunub. Kitabın elmi redaktoru Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, kitabın müəllifləri - Elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyeva, Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə, Arxeologiya elmi fond şöbəsinin kiçik elmi işçisi Emin Məmmədovdu.

Milli Azərbaycan Tarixi Muzeyindən bildirilir ki, kitab-albom Azərbaycan elminin arxeologiya, etnoqrafiya və coğrafiya sahələrinin inkişafına, eləcə də maddi və mənəvi mədəniyyətimizin öyrənilməsinə böyük töhfələr vermiş görkəmli alim Davud bəy Şərifovun anadan olmasının 130-cu ildönümünə həsr olunub. Davud bəy Şərifovun ən böyük xidmətlərindən biri XX əsrin 20-ci illərində Azərbaycanda muzey işinin təşəkkülü və inkişafına verdiyi dəstəkdi.
Bu xəbər oxucular tərəfindən 508 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed