Şrift:
Beynəlxalq Ana Dili Günündə 4 azərbaycanlı fəal 45 il həbs və 8 il sürgünə məhkum edildi
22.02.2017 [10:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehranda 21 Fevral - Beynəlxalq Ana Dili Günündə 4 azərbaycanlı milli-mədəni fəal 45 il həbs və 8 il sürgünə məhkum edilib.

Azərbaycanlı fəallar haqda Tehranın Baharistan İnqilab Məhkəməsi qərar çıxarıb:
1- Əkbər Azad 10 il həbs və 2 il İlam vilayətinin Dərreşəhr şəhərinə sürgünə məhkum edilib.
2- Əlirza Fərşi 15 il həbs və 2 il Xuzistanın Bağmolk şəhərinə sürgünə məhkum edilib.
3- Behnam Şeyxi 10 il həbs və 2 il Xuziystanın Məscid-i Süleyman şəhərinə sürgünə məhkum edilib.
4- Həmid Mənafi 10 il həbs və 2 il Loristan vilayətinin Azna şəhərinə sürgünə məhkum edilib.

Fəallar ölkə təhlükəsizliyini pozmaq niyyəti ilə qanunsuz qurum yaratmaqda günahlandırılaraq həbs və 2014-cü il fevralın 21-də Beynəlxalq Ana Dili Günü mərasimi dosyesinə görə 2 il sürgün edilmə cəzası ilə üzləşiblər. Onlar toplam olaraq 45 illik həbs və 8 illik sürgün cəzası alıblar.

Mühəndis Əlirza Fərşi isə yuxarıda qeyd olunan ittihamlardan başqa 2015-ci ildə Daxili İşlər Nazirliyindən Beynəlxalq Ana Dili Günü mərasiminə icazə almaq üçün imzatoplama kampaniyası başlatmışdır. Bu fəaliyyətinə görə təhlükəsizliyi pozmağa cəhd göstərməkdə ittiham olunan fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdır. Məlumata görə, Əlirza Fərşi həmin dosyeyə görə əlavə olaraq 5 il həbs cəzasına məhkum edilib və bununla da o toplam olaraq 15 il azadlıqdan məhrum olunub.

Beynəlxalq Ana Dili Günündə 4 azərbaycanlı fəal 45 il həbs və 8 il sürgünə məhkum edildi

Beynəlxalq Ana Dili Günündə 4 azərbaycanlı fəal 45 il həbs və 8 il sürgünə məhkum edildi

Hökmə əsasən, fəallar sürgündə yaşarkən mədəni fəalliyyətlərini davam etdirəcəkləri təqdirdə onlar həbs vəya cərimə ödməyə məhkum olunacaqlar.
Bu xəbər oxucular tərəfindən 519 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed