Şrift:
Misirdə Azərbaycan tarixinə aid yeni sənədlər aşkar edilib
13.04.2012 [16:27] - Diaspor
Misirin Əl-Əzhər Universitetinin kitabxanasında Azərbaycanın və azərbaycan türklərinin tarixinə aid yeni sənədlər aşkar edilib.

"Davam.az"-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva bildirib.

Millət vəkilinin sözlərinə görə, həmin sənədlərin ölkəyə gətirilməsi üçün Misirə ezamiyyə təşkil olunacaq. “Misirli gənc tədqiqatçı tərəfindən tapılan məlumatlar barədə qısa müddətdə ərəb dilində kitab nəşr olunub, Azərbaycanın Misirdəki Səfirliyi isə həmin kitabı Bakıda Şərqşünaslıq İnstitutuna göndərib” - deyə, G. Baxşəliyeva qeyd edib.

Həmin kitabın ekspertiza edildiyini vurğulayan institut direktoru bildirib ki, ərəblərin müəllifi olduğu kitabda toplanan məlumatlar Azərbaycan elminə artıq məlumdur: “Hesab edirəm ki, biz indi yeni məlumatları yalnız çap olunmayan əlyazmalardan əldə edə bilərik. Bunun üçün həmin ölkələrə ekspedisiya təşkil olunmalıdır. Güman edirəm ki, dünyada çap edilməmiş əlyazmalar hələ kifayət qədər mövcuddur”.
Bu xəbər oxucular tərəfindən 1153 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed