Şrift:
Polşada Azərbaycanlı gənclər şurasının 1-ci forumu keçiriləcək
23.02.2017 [10:45] - Diaspor
Martın 5-də Polşanın paytaxtı Varşava şəhərində Polşada Azərbaycanlı Gənclər Şurasının (PAGŞ) 1-ci forumu keçiriləcək.
Onun sözlərinə görə forumda 150-yə yaxın qonağın iştirakı gözlənilir: “Foruma Krakov, Lodz, Vroclav və Poznan şəhərlərindən gənclər qatılacaqlar. Azərbaycanlı gəncləri bir araya toplamaqla onlar arasında şəbəkələnmə işini gücləndirmək istəyirik. Bunlarla yanaşı gənclərimiz forumda həm də dövlət rəsmiləri ilə ünsiyyət qura biləcək, onları maraqlandıran suallara cavab tapacaqlar”, - deyə R. Məmmədov bildirib.
Qeyd edək ki, forumda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Diasporunun rəhbərləri, eləcə də Azərbaycanın Polşadakı Səfiri və səfirliyin əməkdaşları da iştirak edəcək. Sonda tədbir iştirakçıları adından Polşa Parlamentinə Xocalı soyqırımı ilə bağlı müraciət ünvanlanacaq.
Bu xəbər oxucular tərəfindən 697 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed