Şrift:
Birləşmiş Ərəb Əmirlikləri İrandakı səfirini geri çağırıb
13.04.2012 [17:46] - Güney Azərbaycan xəbərləri
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrandakı səfirini məsləhətləşmələrin aparılması üçün geri çağırıb. Buna səbəb İran prezidenti Mahmud Ahmadinejadın körfəzdəki Abu Musa adasında görüş keçirməsidir. Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdulla bin Zahid al Nahyan deyib ki, İran prezidentinin adaya səfəri iki ölkə arasındakı mübahisəli üç ada məsələsinin sülh yolu ilə həllinə ziddir. Abu Musa, Kiçik və Böyük Tonb adaları Birləşmiş Ərəb Əmirlikləri Böyük Britaniyadan müstəqillik qazanandan sonra İranın nəzarəti altına keçib. İranla imzalanmış müqaviləyə əsasən, Abu Musa adası hər iki ölkə tərəfindən ortaq idarə olunmalıdır.
Bu xəbər oxucular tərəfindən 1293 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed