Şrift:
“Əhməd bəy Ağaoğlunun dünyagörüşündə Türkçülük və İslamçılıq” mövzusunda tədbir keçiriləcək
28.02.2017 [08:51] - Köşə yazarları, Gənclik, Bildiriş
4 mart 2017-cı il tarixində saat 15:00-da Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasını Araşdırmalar Qurumunun (TDAQ) təşkilatçılığı ilə “Əhməd bəy Ağaoğlunun dünyagörüşündə Türkçülük və İslamçılıq” mövzusunda növbəti diskussiya keçiriləcəkdir.

Müasir İnkişaf İctimai Birliyi İdarə Heyətinin sədri, Türk Eli jurnalının və Dialoq.info təhsil saytının baş redaktoru Mübariz Göyüşlü məruzə ilə çıxış edəcək.
Tədbirdə həmçinin digər ziyalılar, ictimai və siyasi xadimlər, gənc nəslin nümayəndələri və b. iştirak edəcəklər. Tədbirdə iştirak sərbəstdir.
BAO-nun qərargahı: Bakı şəhəri, Ələşrəf Əlizadə küçəsi, 31, (Nərimanov r. İH-nin, Şərq Bazarının, Təfəkkür Universitetinin yaxınlığı).
Bu xəbər oxucular tərəfindən 471 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed