Şrift:
Azərbaycan Ordusunun əsgəri yaralanıb
13.10.2011 [11:11] - Gündəm
Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.

Hadisə cəbhənin Tərtər istiqamətində qeydə alınıb. Ermənilərin açdığı atəş Şükürlü Elnur Arif oğluna dəyib. Ağır yaralanan əsgər hərbi hospitala yerləşdirilib.
E. Şükürlünün 2011-ci ildə Bakının Xəzər rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırıldığı bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ermənilərin açdığı atəş nəticəsində güllə qaya parçasına dəyərək istiqamətini dəyişib və E. Şükürlünün qolunu yüngül yaralayıb.
Bu xəbər oxucular tərəfindən 1257 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed