Şrift:
Vaşinqton İranı yeni sanksiyalarla hədələyib
16.04.2012 [17:38] - Güney Azərbaycan xəbərləri
İranla Altılıq ölkələri arasındakı nüvə proqramı üzrə başlayan danışıqlar əhəmiyyətli nəticələr verməsə, Tehrana qarşı yeni sanksiyalar tətbiq olunacaq.Belə bir bəyanatla ABŞ prezidenti Barak Obama çıxış edib. Ağ ev rəhbəri bildirib ki, məsələnin diplomatik yolla həll üçün hələ ki zaman var. Amma zaman getdikcə tükənir və İran gec olmadan bu fürsətdən istifadə etməlidir. Rəsmi Tehran isə altılılıq ölkələri ilə görüşə müsbət yanaşır. İranın xarici işlər naziri Əli Əkbər Salehi İstanbulda keçirilən görüşdə ölkəsi ilə beynəlxalq vasitəçilərin qarşılıqlı anlaşmaya gəldiklərini deyib. Əli Əkbər Salehi vurğulayıb ki, Qərb İranın təzyiqlərdən asılı olmayaraq öz nüvə fəaliyyətini davam etidərəcəyini anlayıb. O, ölkəsinin nüvə silahının yayılmasına qarşı olduğunu qeyd edib. İranlı nazir ABŞ-la dialoqa başlamaq məsləsinə də toxunub. Əli Əkbər Salehi bildirib ki, birləşmiş ştatlarla danışıqların aparılmasına qərar vermək qərarı ölkənin ali dini liderinin səlahiyyətlərinə aiddir.
Bu xəbər oxucular tərəfindən 1149 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed