Şrift:
Xalça Muzeyində pilot layihə
04.03.2017 [11:16] - Gənclik
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə "Xalçaçılıq sənətini yaşat və təbliğ et" adlı pilot layihəyə start verilib. Muzeydən "Olaylar" - a bildirilib ki, layihə- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının imzaladığı "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi" haqqında Azərbaycan Respublikasının qanunun 6-cı maddəsində qeyd onunan "Azərbaycan xalça sənətinin təbliği " - bəndinə uyğun olaraq həyata keçirilir. Layihənin əsas məqsədi - Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsi, unudulmaqda olan xalça sənətinin dirçəlişi və gənc nəsillərə təbliği məqsədilə xalçaçılıq üzrə tədris planı təşkil etməkdi.

Tədris planı 1 ay müddətinə nəzərdə tutulub. Həmin müddət ərzində Azərbaycan Xalça Muzeyinin əməkdaşları mühazirə ilə çıxış edəcək, 1 nəfər xalçaçı-rəssam dərs iştirakçılarına əyani şəkildə milli naxışları çəkməyi, yerli toxucu isə xalçanın toxunması texnikalarını öyrədəcək. Layihəni uğurla başa vuran gənclərə sertifikat təqdim olunacaq.
Bu xəbər oxucular tərəfindən 522 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed