Şrift:
Təhsilimizin dostu,dilçiliyimizin generalı Qəzənfər Kazımov
04.03.2017 [18:29] - Gündəm
Filologiya elmləri doktoru,professor Qəzənfər Şirin oğlu Kazımov 1937-ci ilmartın 3-də Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. Atası Allahverdiyev Şirin Kazım oğlu kənd məktəbinin direktoru idi.O,1943-cü ildə cəbhədə həlak olmuşdur.


Q.Kazımov 1955-ci ildə Soltanlı kənd orta məktəbini, 1960-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) tarix-filologiya fakültəsini bitirmişdir. 1960-1962-ci illərdə Soltanlı kənd orta məktəbində müəllim işləmiş, 1962-ci ildə Azərbaycan dilçiliyi ixtisası üzrə Pedaqoji İnstitutun əyani aspiranturasına daxil olmuşdur.

Q.Kazımov 1967-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1989-cu ildən professordur.
Namizədlik dissertasiyasının mövzusu "Ə.Haqverdiyevin dramaturgiya dilinə aiddir.

Doktorluq dissertasiyasının mövzusu da dilin üslubi imkanları haqqındadır:

"Azərbaycan sovet satirik nəsrinin dili.1920-1940-cı illər (komizmin dil vasitə və üsulları problemi)".

Q.Kazımov Pedaqoji Universitetdə müəllim (1965-1971), dosent (1972-1988), professor (1989-1998) vəzifələrində işləmişdir. 1989-1997-ci illərdə Pedaqoji Universitetin filologiya fakültəsinin dekanı olmuşdur. Bir müddət Pedaqoji Universitetdə müdafiə Şurasının sədr müavini (1990-1994), Ali Attestasiya Komissiyasında ekspert Şurasının üzvü (1996-1999) olmuşdur. Uzun müddət (1979-2003) Təhsil Nazirliyi nəzdində filologiya üzrə elmi-metodiki Şurada fəaliyyət göstərmişdir.

Q.Kazımov 1999-2000-ci illərdə AMEA Nəsimi adına Dilçilik institutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır.

2001-ci ildən həmin institutda Azərbaycan dialektologiyası şöbəsinin müdiridir. Böyük Britaniya və Şimali İrlandiya Asiya Kral Cəmiyyətinin üzvüdür. Böyük Britaniya, Kembric Bioqrafiya İnstitutunda və ABŞ Bioqrafiya İnstitutunda qeydə alınmışdır. Ədəbi tənqidlə də məşğul olur. Q,Respublika Yazıçılar İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Q.Kazımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 noyabr 2015-ci il tarixli Sərəncamı ilə

“Azərbaycan Respublikasının Əməkdar elm xadimi”

fəxri adına layiq görülmüşdür.


Professor Qəzənfər Kazımovun filoloji fəaliyyəti geniş, hərtərəfli və məhsuldardır.

O,Azərbaycan dilinin tarixi,müasir Azərbaycan dilinin quruluşu,bədii əsərlərin dili,

üslub və üslubiyyat ,ədəbiyyatşünaslıq ,ədəbiyyatşünaslıq məsələlərinə aid
monoqrafiya və saysız-hesabsız elmi məqalələrin müəllifidir.
Q.Kazımov Azərbaycan dilinin metodikası də tədrisi haqqənda da maraqlı
əyüksək elmi səviyyəli əsərlərin müəllifidir.
Onun Azərbaycan dili dərslikləri yuxarı sinif şagirdlərinin və dilimizin incəliklərini və gözəlliklərini
öyrənən hər bir ziyalının stolüstü kitablarıdır.

Bu kişik tanıtma qeydlərindən sonra yaxından tanıdığım Qəzənfər müəllim haqqında təəssüratlarımı oxuculara




Elimizin,dilimizin MƏNTİQ müəllimi -Qəzənfər müəllimi

sərlövhəsi ilə gtəqdim etməyi gərəkli bildim.

Qəzənfər müəllim Azərbaycan dili müəllimidir. Onun professorluğa gələn yolu adi müəllimlikdən başlayıb.Bəlkə də tələbə olanda nə vaxtsa professor olacağına heç özü də inanmayıb. Oxuyub,öyrənib,öyrənib oxuyub.Yaxşı müəllimlərdən yaxşı dərs alıb.
Qəzənfər müəllimi Azərbaycana daha çox tanıdan işi ilk növbədə onun orta məktəb şagirdləri üçün yazdığı dərsliklərdir.
Azərbaycan dilində onun xidmətləri ilə ilgili maraqlı yeni bir üçüncü növ təyini söz birləşməsi yaranıb:

QƏZƏNFƏR MÜƏLLİMİN DƏRSLİKLƏRİ

(Birinci tərəfi II növ təyini söz birləşməli mürəkkəb ad, ikinci tərəfi
III şəxsin mənsubiyyət şəkilçili isim).

Qəzənfər müəllimin dərslikləri həm müəllimlərin,həm də şagirdlərin ən çox sevdikləri 2-3 dərsliyin birincisidir.Bunlar 8-ci və 9-u siniflərə aid Azərbaycan dili dərslikləridir.
(bütün nəşrlərini nəzərdə tuturam).Doğrudur ,son illərdə bu siniflər üçün yeni dərsliklər yazılıb.
Şəxsən mən Qəzənfər müəllimin dərsliklərindən sonra həmin siniflər üşün dərslik yazmağa cəhd etməzdim. Kimlərinsə bunu kurikulum ifadəsi ilə bəzəməsi də inandırıcı görünmür.

Qəzənfər müəllim bizə bildiyimiz dilin MƏNTİQİNİ öyrədib.Bu dərsliklər dilimizin sintaktik çevikliyi,söz birləşməsi,cümlə və onun müxtəlif yanaşma üsulundan asılı olan növləri haqqında cəsarətlə danışmağa imkan verir.

Yazımın sərlövhəni də məhz buna uyğun olaraq seçmişəm.

Mən TQDK-da Azərbaycan dili və ədəbiyyati fənni üzrə müvafiq fənn komsiyasının sədri olanda (1994-1995) ilk işlərimdən biri dilimizin məntiqini yaxşı bilən AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi əməkdaşlarını və ali məktəb müəllimlərini komissiyanın işinə cəlb etmək oldu.
Hərəyə bir tapşırıq verdim.Qəzənfər müəllimin hüzuruna özüm getdim. Qəzənfər müəllim onda Pedaqoji İnstitutun dekanı idi.
Qəzənfər müəllim əməkdaşlıq təklifini qəbul etsə də, yəqin ki, ali məktəbdə işinin çoxluğundan seminarlarımıza gəlmədi.Lakin hər seminarımızda biz onu gördük.Bu və ya digər məsələlərin izahında müəllimlər dilçilik ensiklopediyası olan Qəzənfər müəllimin yazdıqlarına istinad edirdilər.Elə bu özü böyük qayğı və sayğı nümunəsi idi.

Sonralar Qəzənfər müəllimi bir bəhanə ilə TQDK-ya dəvət edə bildik.

Seminar iştirakçıları Qəzənfər müəllimi alqışlarla qarşıladılar.Onun müəllifi olduğu dərsliyin müzakirəyə çıxarılması yaddan çıxdı.Gündəlikdə professor Q.Kazımovundərslilərindən birinin müzakirəsi nəzərdə tutulmuşdu. Seminardakı müəllimlərin çoxu oxuduqları ali məktəbdə omun tələbələri idi. Onlar öz sevimli müəllimi olan Qzənfər müəllimlə daha maraqlı dilçilik söhbətləri etdilər.Q.Kazımovun seminardakı çıxışı müəllimlərin gələcək inkişafı üçün çox gərəkli oldu.
Onsuz da,Qəzanfər müəllimin müzakirəyə çıxarılan dərsliyi alternaivi ilə müqayisədə birinci idi və bunu hamı bilirdi.Bu dərsliyin məziyyətlərini müəllimlərlə yanaşı, onların şagirdləri də təsdiq edirdilər.

Qəzənfər müəllim mənim dostlarımdandır.Bu yazını isə dostluq xatirinə yox,yubilyarı salamlamaq üçün yazıram.
Mən fəxr edirəmki,Azərbaycanın hər yerində və onun bütün təhsil oğaqlarında Qəzənfər müəllimin mənim kimi on minlərlə dostu var. Bu, böyük fəxarətdir.On min,iyirmi min dost böyük bir ordudur.

Deməli,Qəzənfər müəllim general rütbəli 3-4 dilçimizdən biridir.
Qəzənfər müəllim son illərdə xalq təbabərinin maraqlı cəhətlərini Azərbaycan dilinin inşəlikləri ilə oxucularına çatdırmağa daha meyillidir.Bu cəhətdən , o həm dı böyük loğmandır.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri və müəllimi,
türkoloq.
03.03.2017.
Bu xəbər oxucular tərəfindən 1462 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed