Şrift:
BAO BÜTÖV AZƏRBAYCAN TONQALI YANDIRACAQ
13.03.2017 [13:57] - Xəbərlər, Gənclik, Bildiriş
Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə 18 mart 2017-cı il tarixində saat 19:00-da Bütöv Azərbaycan və Türkiyənin bir neçə şəhərində eyni anda "BÜTÖV AZƏRBAYCAN TONQALI" yandırılacaq.
BAO tərəfindən ənənəvi olaraq hər il təşkil olunan şənlik Bakı şəhərində, hündür bir ərazidə "Bütöv Azərbaycan Tonqalı" ətrafında reallaşdırılacaq və musiqili-əyləncəli Novruz şənliyi keçirəcək.
Şənlikdə milli musiqilər, marşlar səsləndiriləcək, şeirlər söyləniləcək və rəqslər olacaq, Novruz personajları iştirak edəcək.
Ünvan: Bakı şəhəri, Şamil Əzizbəyov kücəsi ilə Təbriz kücəsinin kəsişməsi - Keçmiş Qarabağ mehmanxanasının yerindəki ərazi (28 may metrostansiyasının yaxınlığı).
Bu xəbər oxucular tərəfindən 492 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed