Şrift:
BMT: Urmu Gölü gələn ilin sonuna qədər quruya bilər
18.04.2012 [13:15] - Güney Azərbaycan xəbərləri
Birləşmiş Millətlər Təşkilatının (BMT) ətraf mühit üzrə araşdırmalar mərkəzinin yaydığı məlumata görə, hazır ki, vəziyyət davam edərsə Urmu Gölü 2013-cu ilin sonuna qədər quruyacaq.Məlumatda qeyd olunur ki, “Urmu Gölü yaxın şərqin birinci, dünyanın isə üçüncü şor gölüdür. Gölə axan çayların üstündə səddlərin çəkilməsi, yeraltı sulardan həddinden artıq istifadə olunması və quraqlıq Urmu Gölünü məhv etməkdədir və bu məsələ ekosistemdə əsasi dəyişiklik yaradıb və bölgənin iqtisadiyyatına ziyan vurub.Suyun şorluq dərəcəsi artması suda yaşayan canlıların məhvinə və köçəri quşların uzaq düşməsinə səbəb olub. Həmçinin Göl ətrafında ənənəvi turizm və istirahət imkanları tükənib.BMT-nin araşdırmalarına görə hazırda Urmu Gölünün sahəsi onun 1980-cı illərindəkinin 60 faizidir. Vəziyyət belə gedərsə Göl 2013-cu ilin sonuna qədər quruyacaq”.
Bu xəbər oxucular tərəfindən 1658 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed