Şrift:
Qazaxıstan prezidentinin Azərbaycana səfəri zamanı 4 saziş imzalanacaq
16.03.2017 [10:27] - Gündəm, Türk dünyası-Turan
Azərbaycan və Qazaxıstan arasında 4 sazişin imzalanması gözlənilir.
Qazaxıstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, sənədlər Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana bu il aprelin 2-3-də baş tutacaq rəsmi səfəri zamanı imzalanacaq.
Məlumata görə, ikiqat vergitutmanın aradan qaldırılması, nəqliyyat sahəsində əməkdaşlıq, eləcədə nadir bitki növlərinin qorunması haqqında saziş imzalanacağı nəzərdə tutulur.
Həmçinin ölkələr arasında daşınan bitkilərin karantinə salınması barədə saziş də hazırlanır.
Bu xəbər oxucular tərəfindən 535 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed