Şrift:
24 apreldə erməni yalanına cavab veriləcək
19.04.2012 [15:42] - Siyasət
Hər il olduğu kimi, bu il də ermənilər dünya üzərində aprelin 24-də "erməni genosidi"nin növbəti ildönümünü böyük haray-həşirlə qeyd edəcək, müxtəlif tədbirlər keçirəcəklər.

Bu tədbirlə sırasına ABŞ prezidentinin ənənəvi səhər çıxışında "erməni genosidi baş verib" ifadəsinin səslənməsinə nail olmaqdan tutmuş bir sıra ölkələrin parlamentlərində sayğı duruşunun təşkil edilməsinə, müxtəlif konfranslar, seminarlar, mitinq və nümayişlər keçirilməsinə qədər hər şey var.

Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyi bu il ermənilərin müvafiq cəhdlərinə qarşılıq vermək üçün aprel ayının 24-də saat 12-də Ankaradakı ABŞ səfirliyinin önündə (Ankara-A.Ayrancı-Nevzat Tandoğan Caddesi girişi) aksiya keçirməyi, erməni yalanını pisləyən mətbuat açıqlaması yaymağı, ermənilərin əsassız iddilarına etiraz edilməsini planlaşdırır.

Azərbaycan Kültür Dərnəyinin mərkəzi idarə heyətinin sədri Cəmil Ünalın adından yayılmış müraciətdə vətənsevər insanların bu davaya dəstək vermələri istənilir.
Bu xəbər oxucular tərəfindən 811 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed