Şrift:
Kərkükdə hökumət binalarına kürd bayrağı asıldı
30.03.2017 [10:55] - Türk dünyası-Turan
İraqdakı Kərkük Vilayət Məclisi şəhərdəki rəsmi qurum və təşkilatlarda İraq bayrağının yanında İraq Kürd Regional Rəhbərliyinin (İKRR) bayrağının da asılmasını təsdiq edib.

Dünən şəhərdə İKRR bayrağının asılması qərarı 26 kürd üzvün iştirakı ilə toplanan Kərkük Vilayət Məclisində yekdilliklə qəbul olunub. Türkmən və ərəb üzvlər isə toplantını boykot edərək sözügedən səsverməyə qatılmayıb. Kərkük Vilayət Məclisi 9-u türkmən, 6-ı ərəb olmaqla 41 üzvdən ibarətdir. Səsvermədən sonra Məclisdə və meriya (şəhrdari) binasında İraq bayrağının yanına İKRR bayrağı asılıb.

İraq prezidentinin müavini Usame en-Nuceyfi Kərkükdə İKRR bayrağı asılmasının şəhərdəki milli birliyi təhdid edəcəyini bildirib. Kərkükdəki rəsmi qurum və təşkilatlarda İraq bayrağının yanında İKRR bayrağının da asılmasının tək tərəfli olaraq qəbul olunandan sonra Prezident köməkçisi Nuceyfi yazılı açıqlama yayıb. Nuceyfi açıqlamasında "Bu addımı Kərkükdəki milli birliyə zidd görürük və şəhərdəki millətlər arasındakı anlaşma və həmrəylik ruhu ilə ziddiyyət təşkil edir. Tək bir qrupun, yaxud partiyanın iradəsinin qəbul edilməsi və digərlərinin şəhər rəhbərliyindəki iradəsi haqqının üstünə çıxılması qəbul edilməzdir" ifadələrini işlədib. Prezidentin müavini sözügedən qərarın yenidən nəzərdən keçirilməsinə çağırıb.

İraq Türkmən Cəbhəsinin (ITC) lideri Erşat Salihi də Kərkükdə İKRR bayrağının hökumət binalarına asılmasının qanuni olmadığını bildirərək; "Qarışıqlığa yol açacaq" deyə xəbərdarlıq edib. İraqın Kərkük şəhərində Səddam rejimi tərəfindən 26 il əvvəl rejimə qarşı çıxdıqları iddiası ilə öldürülən Altunköprülü 100 türkmən üçün təşkil olunan anım mərasimində çıxış edən ITC lideri Salihi Kərkük Vilayət Məclisinin hökumət binalarına İKRR bayrağı asılması qərarına sərt reaksiya göstərib. O, "Kürdüstan bayrağının zorla hökumət binalarına asılması qanuni deyil. Burada qarışıqlığa yol açacaqdır. Qardaşların arasına fitnə salacaq. Bir tərəfdən İŞİD, bir tərəfdən də qubernator Nəcməddin Kərim türkmən coğrafiyası üzərində oyunlar oynayır" deyə bildirib. Cebhe.info

N.S
Bu xəbər oxucular tərəfindən 515 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed