Şrift:
Türkiyədən Kərkükdə asılan “kürd bayrağı”na etiraz
30.03.2017 [10:55] - Türk dünyası-Turan
Türkiyə hökuməti, Kərkük Vilayət Məclisində İraq Kürd Regional Rəhbərliyinin (İKRR) bayrağı ilə bağlı verilən qərarı narahatlıqla qarşılayıb.

Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bununla əlaqədar yaydığı bəyanatda bildirilir ki, Kərkük Vilayət Məclisində verilən qərar İraq konstitusiyası (anayasa) ilə ziddiyyət təşkil edir.

“Bu hərəkət Kərkükün statusu ilə bağlı təktərəfli addım hesab olunur. Habelə, bu istqamətdə aparılan dialoqa zərər verəcək, ölkədə təhlükəsizlik və sabitlik cəhdlərinə mənfi təsir edəcək” — Türkiyə XİN bəyan edib.

N.S
Bu xəbər oxucular tərəfindən 450 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed