Şrift:
“Traxtur” klubu böyük təhlükəni atlatdı
30.03.2017 [10:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandası keşmiş baş məşqçi və oyunçuya olan borcunun daha bir hissəsini ödəməklə super liqada qazandığı xalların (imtiyaz) silinmə təhlükəsini atladıb.

Bu barədə klub tərəfindən yayılan açıqlamada bildirilir.

“Ötən il “Traxtur” klubu ilə keçmiş baş məşqçisi, Portuqaliya vətəndaşı Tuni Olivera və keçmiş oyunçu, Braziliya vətəndaşı Jao Villa arasında, klubun onlara olan borcunun hissə-hissə ödənilməsi ilə bağlı razılıq əldə olunub. Biz razılaşmaya əsasən ödəniləcək məbləğin birinci hissəsini Novruz bayramından öncə, ikincisini isə martın 27-də ödədik”- deyə məlumatda qeyd olunub.

Açıqlamada bildirilir ki, “klub, Tuni və Villa ilə yanaşı Flavio Lopezə də olan borcunu artıq ödəyib və bütün bunlar o deməkdir ki, artıq “Traxtur” klubu super liqada qazandığı xalların silinmə təhlükəsini arxada qoyub.”

Qeyd edək ki, Beynəlxalq Futbol Federasiyası (FİFA) keçmiş baş məşqçi və oyunçulara olan borcu ilə əlaqədar “Traxtur” klubu haqda qərar çıxarmışdır. Qərarda kluba super liqada qazandığı xalların silinməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

N.S
Bu xəbər oxucular tərəfindən 447 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed