Şrift:
Daha 4 “Sepah”çının cənazələri ölkəyə gətirilib
30.03.2017 [10:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) daha 4 üzvü Suriyada gedən döyüşlərdə həlak olub. Ölənlərdən 3-ü Əfqanıstan, 1-i isə İran vətəndaşıdır.

Suriya prezidenti Bəşər Əsəd rejiminə dəstək məqsədilə bu ölkəyə göndərilən "Sepah"ın muzdlu əfqanlardan ibarət “Fatimiyyun” briqadasının 3 üzvü (Məhəmmədhüseyn Heydəri, Ruhullah Hüseyni və Hüseyn Rəhmani) bir neçə həftə əvvəl Suriyanın Şeyx Səid məntəqəsində əsir düşsələr də, sonradan onların meyitləri tapılıb.

Həmçinin Suriyaya göndərilən “Sepah”ın bir iranlı muzdlusu (Hüseyn Moiz Qulami) martın 24-də bu ölkənin Hemah əyalətində müxaliflər tərəfindən öldürülüb. Hər dörd “Sepah”çının cənazələri martın 28-də İranın Kirman şəhərinin hava limanına gətirilib. Həmin gün, cənazələr İranın Bərdsir, Rəfsəncan və Tehran şəhərlərinə aparılıb və həmin şəhərlərdə torpağa tapşırılıb.

İran, Bəşər Əsəd rejiminin əsas himayədarlarından biri sayılır. Son illər Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.
A.M
Bu xəbər oxucular tərəfindən 461 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed