Şrift:
Gənclər Qarabağa yürüş edəcək
20.04.2012 [11:41] - Gənclik
Mayın 5-də Zərdab rayonundan Ağdamın Quzanlı kəndinə kimi gənclərin yürüş marafonu təşkil olunacaqdır.

“Davam.az”a Gənclər Şəbəkəsi Təşəbbüsü" İctimai Birliyindən verilən məlumata görə, bu marafonla gənclərə Qarabağ sevgilərini göstərmək imkanı veriləcək Kimliyindən asılı olmayaraq istənilən gənc bu marafona qatıla bilərlər. Marafonda iştirak edən gənclər təlimata uyğun olaraq piyada yürüşlə Quzanlıya qədər gedəcəklər. Qarabağ marafonu 3 gün ərzində başa çatacaq. Marafonun məqsədi Qarabağ probleminin zəruriliyini bütün dünyaya və xalqımıza çatdırmaqdır. Marafonda hər kəs iştirak edə bilər, sadəcə iştirak etmək istəyənlər əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Bununla əlaqədar aprelin 27-də Gəncliyə Yardım Fondunda mətbuatla görüş keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 1263 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed