Şrift:
SOCAR: Bütün işçilər estakada və neft-qaz yığım məntəqələrindən təxliyə edilib
31.03.2017 [10:39] - Gündəm, Hadisə
Mart 31-i aprelin 1-i tarixlərində respublika ərazisində hava şəraitinin kəskin pisləşəcəyi, açıq dənizdə arabir 35-38 metr/saniyəyədək küləyin olması gözlənilir. Fırtına ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə “Azneft” İB-nin bütün işçilərinə təlimatlar verilib.

Qəza və fəsadların baş verməməsi üçün növbədə olan zəruri işçilərdən başqa bütün işçilər estakada və neft-qaz yığım məntəqələrindən təxliyə edilib. Birliyin struktur təşkilatlarında həmin günlərdə növbətçilik təşkil olunub.

Bundan əlavə, dəniz neft-qazçıxarma obyektlərində işçilərin gediş-gəlişi məhdudlaşdırılıb, qaldırıcı qurğular təhlükəsiz vəziyyətə gətirilərək, işləri dayandırılıb, kəskin hava şəraitində təhlükə yarada bilən işlərin görülməsi qadağan edilib.
Bu xəbər oxucular tərəfindən 703 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed