Şrift:
Milli Şuranın sədr müavini Strasburqda təlim kursunda iştirak edib
31.03.2017 [10:52] - Gənclik
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) sədr müavini Aysun Zeynalova Strasburqda keçirilən “We can” kitabçası üzrə təlim kursunda iştirak edib. Təlimə Avropa Şurasına üzv ölkələrdə fəaliyyət göstərən “Nifrət Nitqinə Yox Hərəkatı” kampaniyasının milli koordinatorları qatılıblar.

ARGTMŞ-dən bildiriblər ki, Milli Şuranın təmsilçisi tədbirin ilk günündə Avropa Şurasının Gənclər Departamenti tərəfindən həyata keçirilən “Nifrət Nitqinə Yox Hərəkatı” kampaniyasının “We can” kitabçasının təqdimatında iştirak edib. Tədbirin növbəti günlərində iştirakçılara kitab haqqında ətraflı məlumat verilib, nəşrin təhlili və mövzu ilə bağlı müzakirələr aparılıb.

“Nifrət Nitqinə Yox Hərəkatı” kampaniyası Avropa Şurası tərəfindən gənclər sektorunda prioritet təşəbbüs kimi reallaşdırılmağa başlayıb. Hərəkat gənclərin onlayn nifrət nitqinə qarşı mübarizə kampaniyasıdır. Gənclər Təşkilatları Milli Şurası 2013-cü ildən “Nifrət Nitqinə Yox Hərəkatı” kampaniyasına qoşulub və bu çərçivədə bir sıra fəaliyyətlər həyata keçirib.
Bu xəbər oxucular tərəfindən 444 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed