Şrift:
BMT Dağlıq Qarabağ üzrə danışıqları yeniləməyə çağırıb
01.04.2017 [10:35] - Xəbərlər, Siyasət
BMT Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ üzrə danışıqlar predmetinin bərpa olunmasına və tərəfləri bunun üçün lazımi siyasi iradə göstərməyə çağırıb.
Bu barədə müvafiq bəyanatla BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq çıxış edib.
Onun sözlərinə görə, BMT katibliyi tərəfləri atəşkəs haqqında razılaşmanı poza bilən hər hansı hərəkətlərdən çəkinməyə çağırıb. BMT rəsmisi bildirib ki, beynəlxalq təşkilat ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı çağırışını tam dəstəkləyir.
"Biz gərginliyin azaldılması üçün bütün səyləri alqışlayırıq və bütün tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına aparan konkret danışıqları bərpa etmək üçün lazımi siyasi iradə göstərməyə çağırırıq, - deyə F. Haq bildirib.
Bu xəbər oxucular tərəfindən 217 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed