Şrift:
Suriyaya dair danışıqların növbəti raundu nəticəsiz başa çatıb
01.04.2017 [10:36] - Gündəm, Siyasət
"Biz hələlik nəticə əldə etməyə müvəffəq olmamışıq".
BMT Radiosunaxəbərinə görə, bu sözləri Cenevrədə jurnalistlərə açıqlamasında BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura deyib.
O, bildirib ki, Suriyaya dair danışıqların növbəti raundu başa çatıb. BMT rəsmisinin sözlərinə görə, danışıqlar ciddi olub və işin mahiyyəti üzrə məsələlərə toxunulub, amma sülh yolunda hələ bir çox maneələr var.
"Heç kim, o cümlədən, mən qarşımızda hələ çoxlu maneənin olduğunu inkar edə bilmərik. Mən bizim tezliklə sülh razılaşmasına nail olacağımızı düşünmürəm. İstənilən danışıqlar birbaşa sülh danışıqları başlayana qədər problem kütləsi ilə müşayiət olunur. Biz hələlik nəticə əldə edə bilməmişik", - deyə o qeyd edib.
Staffan de Mistura istefası ilə bağlı şayiələri də təkzib edib və bildirib ki, bütün tərəflər danışıqların növbəti raundu üçün Cenevrəyə qayıtmağa hazırdır. Lakin onun tarix hələlik məlum deyil.
O, həmçinin Suriyada hərbi toqquşmalarla bağlı narahatlığını da bildirib. BMT rəsmisi Rusiya, Türkiyə və İranı bu ölkədə atəşkəs rejiminin bərpa olunması üçün əllərindən gələni etməyə çağırıb.
Bu xəbər oxucular tərəfindən 628 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed