Şrift:
Dövlət katibi: “Rusiyanın təcavüzünə qarşı NATO-nun cavab tərdbirlərini müzakirə edəcəyik”
01.04.2017 [10:48] - Hərb
“Nəhayət, biz NATO-nun Avropa, xüsusilə onun şərqində Rusiyanın Ukraynaya və başqa yerlərə təcavüzü ilə bağlı mövqeyini müzakirə etmək istəyirik”.
Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Brüsseldə NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısından əvvəl jurnailstlər qarşısında çıxışı zamanı bildirib.
O, “Rusiyanın təcavüzünə” qarşı NATO-nun cavab tərdbirlərini müzakirə edəcəklərini söyləyib.
Reks Tillerson martın 31-də NATO-ya üzv dövlətlərin XİN başçılarının Brüsseldə keçiriləcək toplantısında iştirakdan məmnun olduğunun söyləyib.
Bu yığıncağın aprelin 5-6-da keçirilməsi planlaşdırılsa da, lakin Reks Tillersonun iştirakı üçün toplantı martın 31-ə təyin edilib.
Dövlət katibi terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə, Yaxın Şərqdə sabitliyin yaranmasında NATO-nun iştirakının vacibliyini vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 488 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed