Şrift:
Türkiyənin xarici borcu tarixi rekord həddə çatıb
01.04.2017 [10:49] - İqtisadiyyat
ürkiyənin xarici borcu 2017-ci il yanvarın 1-nə 404,2 mlrd. ABŞ dolları, xalis xarici borcu isə 252,7 mlrd. dollar təşkil edib.
Bu barədə Türkiyə Xəzinədarlığı məlumat yayıb.
İllik müqayisədə Türkiyənin borcu 2% artıb. Hesabata görə, Türkiyənin xarici borcunun ÜDM-ə nisbəti 47,2%, xalis xarici borcun ÜDM-ə nisbəti isə 29,5%-ə bərabər olub.
Xarici borcun ÜDM-ə nisbəti son 14 ilin ən yüksək həddinə çatıb. Belə ki, 2003-cü il yanvarın 1-nə bu göstərici 54,8% olub.
Xalis dövlət borcu 2017-ci il yanvarın 1-nə 218,9 mlrd. lirə və ya 62 mlrd. dollar, ÜDM-ə nisbəti isə 8,4% təşkil edib. Avropa İttifaqına borcun məbləği isə 732,8 mlrd. lirə və ya 207,6 mlrd. dollar, borcun ÜDM-ə nisbəti 28,3% olub.
Xatırladaq ki, Türkiyənin xarici borcu illik yekun göstəricilərinə əsasən tarixi rekord səviyyə yüksəlib.
Bu xəbər oxucular tərəfindən 275 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed