Şrift:
Sağlam gələcək üçün sağlam hüquqi maarifləndirməyə dair treninq təşkil olunacaq
01.04.2017 [10:53] - Sağlıq
Səhiyyə Nazirliyi tibb işçilərinin hüquqi cəhətdən maarifləndirilməsi məqsədi ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində treninq keçirir.
Nazirlikdən verilən məlumata görə, treninqdə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin, Siyəzən Rayon Mərkəzi Poliklinikasının, Şabran Rayon Mərkəzi Xəstəxanasının və Xızı Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri iştirak edirlər.
Tibb işçilərinin hüquq və vəzifələri, həmin hüquqların müdafiəsinin həyata keçirilməsi, habelə şikayətlərin araşdırma taktikasına dair praktiki tövsiyələr haqqında mühazirələrlə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri E.Əzizov və başqaları çıxış edəcəklər.
Növbəti treninq Quba Müalicə Diaqnostika Mərkəzində təşkil olunacaq.
Bu xəbər oxucular tərəfindən 224 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed