Şrift:
Amerikalı alimlər xərçəng xəstəliyinin C vitamini ilə müvəffəqiyyətlə müalicəsindən danışıblar
01.04.2017 [11:03] - Sağlıq
ABŞ-ın Ayova Universitetinin alimləri beyin və ağciyər xərçənginin klinik müalicəsinin ilk fazasının müvəffəqiyyətlə başa çatmasından danışıblar. “RİA Novosti” informasiya agentliyi xəbər verir ki, bu prosedur üçün C vitamininin çox yüksək dozalarından istifadə olunub.

Bu barədə tədqiqatın rəhbəri Brayan Allen məlumat verib.

O deyib: “Hazırda nəticələr çox ümidvericidir. Amma biz hələlik bunu bilirik ki, C vitamininin kimyəvi terapiyanı nə dərəcədə səmərəli etdiyini klinik sınaqların ikinci fazası göstərəcək”.

Xatırladaq ki, iki il əvvəl C vitamininin köməyi ilə dayanıqlı xərçəng şişlərinin məhv edilməsi üzrə əməliyyat uğurla başa çatıb. Sınaqlar siçanlar üzərində aparılıb.
Bu xəbər oxucular tərəfindən 215 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed