Şrift:
Tillerson: “Krım qaytarılmayanadək ABŞ Rusiyaya qarşı sanksiyaları geri götürməyəcək”
01.04.2017 [11:09] - Gündəm, Siyasət
Krım Ukraynaya qaytarılmayanadək ABŞ Rusiyaya qarşı sanksiyaları geri götürməyəcək.

Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Brüsseldə NATO ölkələri xarici işlər nazirlərinin görüşündə bəyan edib.

“ABŞ və NATO tərəfindən Ukraynaya dəstək davamlı olaraq qalacaq. NATO üzrə tərəfdaşlarımız da Ukraynanın suverenliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir”, deyə R.Tillerson bildirib.

O əlavə edib ki, ABŞ Rusiyadan Minsk razılaşmalarının yerinə yetirilməsini tələb etməkdə davam edəcək.
Bu xəbər oxucular tərəfindən 405 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed