Şrift:
Ermənistanda parlament seçkilərinə Ukrayna da müşahidəçi göndərməyəcək
01.04.2017 [11:11] - Siyasət
Ukrayna aprelin 2-də Ermənistanda keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərməyəcək.

Bu barədə İrəvanda MDB-nın icraçı katibi, MDB-dən olan müşahidə missiyasının rəhbəri Sergey Lebedev bildirib.

"Seçkiləri müşahidə etmək təklifinə MDB ölkələrindən yalnız Azərbaycan və Ukrayna müsbət cavab verməyib", - deyə o bildirib.

S. Lebedev Ukraynanın bu addımını Kiyevin müşahidə missiyalarının yerinə yetirilməsi barədə razılaşmadan çıxması ilə izah edib.
Bu xəbər oxucular tərəfindən 466 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed