Şrift:
"Müstəqillik üçün referendum keçiriləcək" – Məsut Barzani
01.04.2017 [11:36] - Xəbərlər, Siyasət
Şimali İraq Kürd Yönətimi lideri Məsut Barzani yeni bəyanatla çıxış edib.

O yaxın müddət ərzində müstəqillik referendumunun keçiriləcəyini bildirib.

M.Barzani Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Qutteres və nümayəndə heyətini Erbil şəhərindəki sarayında qəbul edib. Görüşdə tərəflər İŞİD terror qruplaşmasından sonra İraq problemlərinin həlli, Şimali İraq Kürd Muxtariyyatındakı qaçqın və köçkünlərə beynəlxalq cəmiyyətin humanitar yardımı və müstəqillik referendumunu müzakirə ediblər.

BMT baş katibinə səfərə görə təşəkkür edən Barzani yaxın müddət ərzində müstəqillik referendumunun keçiriləcəyini bildirib.
Bu xəbər oxucular tərəfindən 434 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed